“Formula 1”: Hemilton karyerasında 100-cü qələbəsini qazanıb

"Formula 1": Hemilton karyerasında 100-cü qələbəsini qazanıb



Formula 1 Hemilton karyerasinda 100 cu qələbəsini qazanib

“Mercedes” komandasının pilotu Lüis Hemilton “Formula 1” üzrə Rusiya Qran-prisinin qalibi olub.

“Report”un məlumatına görə, britaniyalı sürücü ümumilikdə 100-cü qələbəsini qazanıb. O, Soçidə 5-ci dəfə birinci yeri tutub. Daha əvvəl Hemilton 2014, 2015, 2018 və 2019-cu illərdə hamını qabaqlayıb.

Mövsümün 15-ci mərhələsində ikinci yeri “Red Bull” sürücüsü Maks Ferstappen tutub. Niderlandlı idmançı yarış vaxtı güc qurğusunu dəyişdirdiyi üçün cəzalandırılıb və mübarizəyə 20-ci sıradan başlamalı olub.

Üçüncü yer isə “Ferrari”dən Karlos Saynsa qismət olub.

“Uilyams”dan Nikolas Latifi və “Haas”dan Mik Şumaxer finişə çata bilməyib.

Rusiya Qran-prisindən sonra Lüis Hemilton 246,5 xalla liderdir. Maks Ferstappen 244,5 xalla ikinci, “Mercedes”in daha bir pilotu Valtteri Bottas 151 xalla 3-cüdür. Konstruktorlar Kubokunda isə “Mercedes” 362,5 xalla liderdir. “Red Bull” 344,5 xalla, “Maklaren” 215 xalla sonrakı yerlərdə qərarlaşıb.





Mənbə: https://report.az/ferdi/formula-1-hemilton-karyerasinda-100-cu-qelebesini-qazanib/

Comments are closed, but trackbacks and pingbacks are open.