Fransa DİN: Ölkədə cinsi zorakılıq artır

Fransa DİN: Ölkədə cinsi zorakılıq artır



Fransa DIN Olkədə cinsi zorakiliq artir

Cari ilin birinci yarısında Fransada seksual zorakılıq göstəriciləri əhəmiyyətli dərəcədə artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, 2020-ci ilin analoji dövrü ilə müqayisədə mayda seksual zorakılıq hallarının 9 %, iyunda isə 15% artımı təsdiq edilib. Bu vaxt ölkə karantin və komendant saatı şəraitində yaşayıb. Daxili İşlər Nazirliyi iyunda indiki göstəricilərin komendant saatı rejimi tətbiq edilməzdən əvvəl ölkədə müşahidə ediləndən daha yüksək olmasına diqqət çəkir.

Nazirlik bildirib ki, apreldən iyunadək Fransada seksual zorakılığın miqyası 2021-ci ilin birinci rübü ilə müqayisədə 6 % artıb.

Eyni zamanda Daxili İşlər Nazirliyinin ekspertləri bu statistik göstəricilərin Fransada 2017-ci ildən daimi artımını xatırladır. Həmin vaxtdan polis və jandarmeriya tərəfindən zərərçəkmişlərin şikayətlərinin qəbulu prosedurları yaxşılaşdırılıb. Eyni zamanda 2017-ci ildən seksual zorakılığın qurbanı olan qadınların bu barədə məlumatları hakimiyyətdən gizlətməməyə çağıran təbliğat kampaniyası aparılır.





Mənbə: https://report.az/diger-olkeler/fransa-din-olkede-cinsi-zorakiliq-artir/

Comments are closed, but trackbacks and pingbacks are open.