Fransa klubunun stadionu insidentə görə bağlanıb

Fransa klubunun stadionu insidentə görə bağlanıb



Fransa klubunun stadionu insidentə gorə baglanib

Fransa Peşəkar Futbol Liqası (LFP) “Lion” klubunun stadionunu azarkeşlər üçün müvəqqəti olaraq bağlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandanın evdə “Marsel”ə qarşı keçirdiyi Liqa 1-in XIV tur oyununda baş vermiş insident səbəb olub.

Matçın gedişində yerli fanatlardan birinin meydana atdığı su şüşəsi künc zərbəsini yerinə yetirmək istəyən qonaq komandanın yarımmüdafiəçisi Dmitri Payetin başına dəyib. Nəticədə referi görüşü dayandıraraq komandaları paltardəyişmə otağına göndərib. Daha sonra qarşılaşma təxirə salınıb.

Həmin epizodu araşdıran LFP məsələ ilə bağlı yekun qərarını dekabrın 8-də verəcək. Belədə, “Lion” dekabrın 1-də “Reyms”lə çempionat oyununu azarkeşsiz keçirməli olacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/fransa-klubunun-stadionu-insidente-gore-baglanib/

Comments are closed, but trackbacks and pingbacks are open.