Fransa prezidenti xeyriyyə matçında qol vurub

Fransa prezidenti xeyriyyə matçında qol vurub



Fransa prezidenti xeyriyyə matcinda qol vurub

Fransada əfsanəvi futbolçulardan və həkimlərdən ibarət komandalar arasında xeyriyyə matçı keçirilib.

“Report”un məlumatına görə, görüş vetaranların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən komandanın heyətində qollardan birini ölkə başçısı Emmanuel Makron vurub. O, penaltidən fərqlənib.

Əfsanələr komandasında Arsen Venger, Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular da yer alıb.

Qeyd edək ki, oyundan əldə olunan gəlir Parisdəki xəstəxanalar arasında bölüşdürüləcək.





Mənbə: https://report.az/futbol-xeberleri/fransa-prezidenti-xeyriyye-matcinda-qol-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.