Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var

Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var



Fransada 150 baykerin istiraki ilə dava olub olən və

Fransanın cənub-qərbindəki Tarbes şəhərində 150 ​​baykerin iştirak etdiyi kütləvi davada 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “France Info” radiostansiyası məlumat yayıb.

Hadisə musiqi, döymə sərgisi və poker turnirinin yer aldığı Amerika Salon Festivalının keçirildiyi Sərgi Parkında baş verib.

Kütləvi davanın səbəbləri hələlik məlum deyil.

Hüquq-mühafizə orqanları dava zamanı insanlara xəsarət yetirən şəxsin axtarışına başlayıb.

Tarba şəhərinin meri Qerard Tremeje festivalın dərhal dayandırılmasını əmr edib və iştirakçıların evlərinə qayıtmasını tələb edib.





Mənbə: https://report.az/diger-olkeler/fransada-150-baykerin-istirak-etdiyi-davada-bir-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.