Fransada pandemiyanın 4-cü dalğası bir neçə günə pik nöqtəyə çatacaq

Fransada pandemiyanın 4-cü dalğası bir neçə günə pik nöqtəyə çatacaq



Fransada pandemiyanin 4 cu dalgasi bir necə gunə pik noqtəyə catacaq

Fransada bir neçə gün ərzində 4-cü koronavirus dalğası pik nöqtəyə çatacaq. Belə ki, ölkədə hər gün 20 minə yaxın yoluxma hadisəsi qeydə alınır.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran “BFM” telekanalına müsahibəsində bildirib.

“4-cü dalğanın bir neçə gün ərzində pik nöqtəyə çatacağını düşünürük. Təyin olunmuş bütün tədbirlərə riayət etmək lazımdır: sosial məsafəni qorumaq, qoruyucu maskalar taxmaq”, – O.Veran deyib.

Son məlumatlara görə, pandemiya başlayandan Fransada 6,6 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 113 mindən çox insan ölüb. 47 milyondan çox sakin bir doza vaksin qəbul edib. COVID-19 peyvəndi hazırda 12 yaşından başlayaraq bütün fransızlara tətbiq edilir.





Mənbə: https://report.az/diger-olkeler/fransada-pandemiyanin-4-cu-dalgasi-bir-nece-gun-erzinde-pik-noqteye-catacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.