Fransalı futbolçu “Neftçi” ilə vidalaşıb

Fransalı futbolçu "Neftçi" ilə vidalaşıb



Fransali futbolcu Neftci ilə vidalasib

“İlk növbədə mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum “Neftçi”yə təşəkkür edirəm”.

“Report”un məlumatına görə, bunu “Neftçi”dən ayrılaraq Fransa “Şatoru”suna keçən Romen Bask şəxsi instaqram hesabında yazıb.

26 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”dakı karyerasının qısa, lakin təcrübə baxımından zəngin olduğunu bildirib: “Fürsətdən istifadə edib hər zaman bizə dəstək olan “Neftçi” azarkeşlərini salamlayıram və onlara uğurlar arzulayıram. “Şatoru” ilə müqavilə imzaladığımız üçün qürur duyuram. Yeni çağırışa başlamağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Romen Bask “Neftçi”yə cari mövsümün əvvəlində ölkəsinin “Havr” klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu “Şatoru” ilə 3 illik müqavilə imzalayıb.





Mənbə: https://report.az/futbol-xeberleri/fransali-futbolcu-neftci-ile-vidalasib/

Comments are closed, but trackbacks and pingbacks are open.