Fransanın daxili işlər naziri ilə bağlı istintaq başa çatıb

Fransanın daxili işlər naziri ilə bağlı istintaq başa çatıb



Fransanin daxili islər naziri ilə bagli istintaq basa catib

Fransanın istintaq hakimi ölkənin daxili işlər naziri Jerald Darmanenə qarşı açılan təcavüz işi ilə əlaqədar istintaqı tamamlayıb.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Hazırda prokurorluğun bu işlə bağlı yekun mövqeyini bildirmək üçün üç ay vaxtı var. Nazirə qarşı mümkün məhkəmə işlərinə dair son qərar istintaq hakiminə verilir.

Xatırladaq ki, Darmanenə qarşı cinayət iş 2017-ci ildə Sofi Patterson-Spaç tərəfindən verilən şikayətdən sonra açılıb. Qadın, o zaman Eduard Filipp hökumətində dövlət fəaliyyəti və ictimai maliyyə naziri olan məmuru cinsi təcavüzdə və etibardan sui -istifadə etməkdə günahlandırıb.





Mənbə: https://report.az/diger-olkeler/fransanin-daxili-isler-naziri-ile-bagli-istintaq-basa-catib/

Comments are closed, but trackbacks and pingbacks are open.