Funso Oyo: “Klub prezidenti “Qarabağ”la oyunda yaxşı nəticə istəyir”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Son olaraq 14 il əvvəl avrokubokların qrup mərhələsində oynamışıq. Bizi hansı təhlükənin gözlədiyini bilirik. Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq nəticədən məmnunuq”.

“Report”un məlumatına görə, bu fikirləri Şotlandiyanın “Aberdin” komandasının futbolçusu Funso Oyo evdə “Qarabağ”a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl “Eveningexpress”ə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Bakıdakı ilk matçda havanın çox isti olduğunu bildirib: “Meydanın da durumu bərbad idi. Rəqib yaxşı komandadır. Evdə azarkeşlərimizin qarşısında oynayacağıq. Tribunalarda izdiham olacaq. İstedadımızı ortaya qoyaraq nəticə qazana biləcəyimizi düşünürəm”.

Oyonun sözlərinə görə, klub prezidenti və azarkeşlər onlardan yaxşı nəticə istəyir.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” matçı saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.





Mənbə: https://report.az/futbol-xeberleri/funso-oyo-klub-prezidenti-qarabag-la-oyunda-yaxsi-netice-isteyir/

Comments are closed, but trackbacks and pingbacks are open.