Gədəbəyə dolu düşüb – Faktiki hava

Gədəbəyə dolu düşüb - Faktiki hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.

Axşam.az xəbər verir ki, Xidmətin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib. Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136430

Comments are closed, but trackbacks and pingbacks are open.