Gədəbəydə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

Gədəbəydə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb



Gədəbəydə 17 yasli oglani elektrik cərəyani vuraraq oldurub

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini, 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Report”a Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/gedebeyde-17-yasli-oglan-elektrik-cereyaninin-vurmasi-neticesinde-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.