Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var

Yasamalda yol qəzası olub, xəsarət alan var



Bakida yol qəzasi oldu xəsart alan var

Gədəbəy rayonunda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Abdullayev Mahur Fəxri oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/gedebeyde-iki-avtomobil-toqqusub-xesaret-alan-var/

Comments are closed, but trackbacks and pingbacks are open.