Gədəbəydə qaydaların pozulduğu toy mərasimi aşkarlandı – Yenicag.Az

Toyuna 50 nəfərdən çox qonaq çağıranlar CƏRİMƏLƏNDİ – Yenicag.Az


Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Novo-Saratovka kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına kiçik toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/gedebeyde-qaydalarin-pozuldugu-toy-merasimi-askarlandi/

Comments are closed, but trackbacks and pingbacks are open.