Gəncədə 61 yaşlı kişi dəm qazından zəhərlənib 

Gəncədə 61 yaşlı kişi dəm qazından zəhərlənib 



Gəncədə 61 yasli kisi dəm qazindan zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Məhsəti qəsəbəsində 1960-cı il təvəllüdlü Z.Əsgərov dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan şəxsin vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin onun yaşadığı evdə qızdırıcı kimi istifadə olunan qazla çalışan sobanın anidən sönməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/gencede-61-yasli-kisi-dem-qazindan-zeherlenib/

Comments are closed, but trackbacks and pingbacks are open.