Gəncədə fəhlə ehtiyatsızlıqdan ağır xəsarət alıb 

Gəncədə fəhlə ehtiyatsızlıqdan ağır xəsarət alıb 



Gəncədə fəhlə ehtiyatsizliqdan agir xəsarət alib

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi “Kristal Beton” zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altıntakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/gencede-fehle-ehtiyatsizliqdan-agir-xesaret-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.