Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb

Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb



Gəncədə həyətyani sahələri su basib elektrik enerjisinin verilisi dayandirilib

Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb.

Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.





Mənbə: https://report.az/hadise/gencede-heyetyani-saheleri-su-basib-elektrik-enerjisinin-verilisi-dayandirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.