Gəncədə koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparılıb

Gəncədə koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparılıb



Gəncədə koronavirusa qarsi novbəti dezinfeksiya isləri aparilib.jfif

Son günlər COVID-19 virusuna yoluxma hallarının artması səbəbilə infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarını əhatə edib.

Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb və tərtib edilmiş qrafikə uyğun olaraq davam etdiriləcək.





Mənbə: https://report.az/sehiyye-xeberler/gencede-yeni-nov-koronavirus-infeksiyasina-qarsi-novbeti-dezinfeksiya-isleri-aparilib/

Comments are closed, but trackbacks and pingbacks are open.