Gəncədə narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramına uyğun görülmüş işlər müzakirə edilib

Gəncədə narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramına uyğun görülmüş işlər müzakirə edilib



Gəncədə narkomanliga qarsi mubarizəyə dair Dovlət Proqramina uygun gorulmus islər muzakirə edilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Gəncəyə səfər edib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının üzvləri ilə görüş keçirilib.

Görüş zamanı bildirilib ki, Azərbaycan Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstərişinə əsasən, şəhərin ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, iclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri Səməd Tomuyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış və təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 2021-ci ilin 9 ayı ərzində Gəncə şəhərində narkomaniya ilə mübarizədə görülmüş işlər barədə geniş məlumat verib. O qeyd edib ki, hüquq mühafizə orqanları tərəfindən narkotacirlərə qarşı əməliyyatların aparılması ilə yanaşı, şəhərdə fəaliyyət göstərən dövlət müəssisələrində də narkomanlığın qarşısının alınması istiqamətində təbliğat xarakterli maarifləndirici tədbirlər görülür.

Daha sonra Gəncə Dövlət Universitetində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomanlıq probleminə dair təlim baş tutub. Karantin rejiminə uyğun olaraq keçirilən tədbirdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar ediblər.

Çıxışlarda dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.





Mənbə: https://report.az/daxili-siyaset/gencede-narkomanliga-qarsi-mubarizeye-dair-dovlet-proqramina-uygun-olaraq-gorulmus-isler-muzakire-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.