Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib

Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib



Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyi munasibətilə tədbir kecirilib

Gəncədə Azərbaycanın dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə ümumşəhər tədbiri keçirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Nizami Gəncəvinin heykəlinin önündən başlayaraq Cavad xan küçəsi boyunca təşkil edilən təntənəli tədbirdə rəsmi şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə aktyorlar tərəfindən səhnələşdirilən dahi şairin əsərləri nümayiş edilib, onun sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib.

Həmçinin sənətkarların əl işlərindən ibarət sərgi də təşkil olunub.





Mənbə: https://report.az/medeniyyet-siyaseti/gencede-nizami-gencevinin-880-illik-yubileyi-munasibetile-tedbir-kecirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.