Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib



Gəncədə yasayis binasinda yangin olub sakinlər təxliyə edilib

Gəncə şəhərində yanğın hadisəsi olub.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





Mənbə: https://report.az/hadise/gencede-yasayis-binasinda-yagin-olub-sakinler-texliye-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.