General: “Qoşunların 90 faizi müasir tipli yaşayış kompleksi ilə təmin edilib”

General: "Qoşunların 90 faizi müasir tipli yaşayış kompleksi ilə təmin edilib"



General Qosunlarin 90 faizi muasir tipli yasayis kompleksi ilə təmin

Müdafiə Mazirliyi işğaldan azad edilən ərazilərdə yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsilə tanışlıq üçün mediatur təşkil edilib.

“Report”Un xəbərinə görə, mediatur çərçivəsində KİV nümayəndələrinə işğaldan azad edilən Ağdam rayonu ərazisində inşa edilən məntəqə, bu məntəqədə əsgərlərin sosial məişət xidmətinin yaxşılaşdırılması üçün görülən işlərlə bağlı məlumat verilib.

Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, yeni yaradılan şəraitlər dövlətin diqqət və qayğısının nümunəsidir.

O qeyd edib ki, görülən işlər çərçivəsində qoşunların 90 faizi müasir tipli yaşayış kompleksi ilə təmin edilib: “Bu sahədə aparılan işlər sistemli şəkildə ardıcıl olaraq davam etdirilir”.





Mənbə: https://report.az/herbi-xeberler/general-qosunlarin-90-faizi-muasir-tipli-yasayis-kompleksi-ile-temin-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.