General Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olunub

General Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olunub


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

 Şahvələd Əliyev

Şahvələd Əliyev





Mənbə: https://report.az/daxili-siyaset/general-seferberlik-xidmetinin-reis-muavini-vezifesinden-azad-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.