Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Abşeronda avtomobil qadını vurub | Report.az



Goranboyda piyadani avtomobil vurub vəziyyəti agirdir

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1960-cı il təvəllüdlü Kəmalə İsmayılovanı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilki tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/goranboyda-qadin-piyadani-avtomobil-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.