Goranboyda  toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Goranboyda toy mərasimi zamanı karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Tapqaraqoyunlu və Borsunlu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar ediblər.

Araşdırmalar zamanı məlum olub ki, hər iki ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.





Mənbə: https://report.az/hadise/goranboyda-toy-qaydalarini-pozan-sexsler-mesuliyyete-celb-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.