Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Yardımlıda yol qəzasında 55 yaşlı kişinin ayağı sınıb



Yardimlida yol qəzasinda 55 yasli kisinin ayagi sinib

Göygöl rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri 1957-ci il təvəllüdlü Hidayət İsaq oğlu İbrahimov və onun 1977-ci il təvəllüdlü bacısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/goygolde-avtomobil-qezasi-olub-baci-qardas-xesaret-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.