Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, “NİVA” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, zərbənin gücündən “VAZ-2106” markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/goygolde-avtomobil-qezasi-olub-yaralilar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.