“Grand Chess Tour”: Rəcəbovdan heç-heçə, Məmmədyarov liderlər qrupunda

"Grand Chess Tour": Rəcəbovdan heç-heçə, Məmmədyarov liderlər qrupunda



Grand Chess Tour Rəcəbovdan hec hecə Məmmədyarov liderlər qrupunda

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşlərini keçirib.

“Report”un məlumatına görə, Məmmədyarov V turda rumıniyalı Konstantin Lupulesku ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 38-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka qarşı mübarizə aparıb. Görüş heç-heçə yekunlaşıb.

Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunur. Seriya ümumilikdə beş raunddan və böyük finaldan ibarət olacaq.





Mənbə: https://report.az/ferdi/grand-chess-tour-recebovdan-hec-hece-memmedyarov-liderler-qrupunda/

Comments are closed, but trackbacks and pingbacks are open.