Güclü külək FƏSADI – 8 yerdə ağaclar yola aşdı, hərəkət çətinləşdi – FOTO – Yenicag.Az

Güclü külək FƏSADI – 8 yerdə ağaclar yola aşdı, hərəkət çətinləşdi – FOTO – Yenicag.Az


Bu gün səhər saatlarında şimal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, dərhal qeyd olunan ərazilərə Agentliyin xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub. Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/guclu-kulek-fesadi-8-yerde-agaclar-yola-asdi-hereket-cetinlesdi-foto/

Comments are closed, but trackbacks and pingbacks are open.