“Günahsız keçən hər gün bayramdır”

"Günahsız keçən hər gün bayramdır"


Xalq artisti Nazpəri Dostəliyeva uzun fasilədən sonra instaqram hesabında öz fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl oğlu Əlini itirən müğənni izləyicilərinə bayram təbriki yazıb.

“Günahsız keçən hər gün bayramdır, dostlar. Mən sizi Həmrəylik günü münasibətilə təbrik edirəm. Qoy, dostluğumuz möhkəm olsun. Ağrılı, acılı günlərimiz arxada qalsın” deyə, Dostəliyeva bildirib.

Qeyd edək ki, Nazpərinin oğlu Əli 40 yaşında vəfat edib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140620

Comments are closed, but trackbacks and pingbacks are open.