“Gürcü Arzusu” baş nazirin istefası ilə bağlı yayılan məlumata münasibət bildirib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“İrakli Qaribaşvilinin istefaya getməsi üçün əsası yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini, hakim Gürcü Arzusu Partiyasının liderlərindən biri Gia Volski jurnalistlərə açıqlamasında deyib.

Vitse-spiker bildirib ki, İ.Qaribaşvili effektiv hökumət başçısıdır: “O, Gürcüstan üçün ən çətin dövrdə ölkədə sülhü təmin etdi. İ.Qaribaşvili vəzifəsindən getmək istəsə, biz onu buraxmamalıyıq”.

Hakim partiyanın digər üzvü, deputat Anri Oxanaşvili də baş nazirin istefa verəcəyi barədə yayılan məlumatlara münasibət bildirib: “İrakli Karseladzenin baş nazirliyi və ya İrakli Qaribaşvilinin baş nazir vəzifəsindən uzaqlaşdırılması üçün faktiki olaraq zəmin mövcud deyil”.  

Xatırladaq ki, bu gün Gürcüstanın “Pirveli” telekanalı baş nazirin istefa verəcəyi barədə məlumatlar yayıb. Bildirilib ki, o, yerli seçkilərin ikinci mərhələsindən sonra vəzifəsini tərk edəcək və onu hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəzləyəcək.





Mənbə: https://report.az/region-xeberleri/gurcu-arzusu-bas-nazirin-istefasi-ile-bagli-yayilan-melumata-munasibet-bildirib/

Comments are closed, but trackbacks and pingbacks are open.