Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşasına başlanılır

Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşasına başlanılır



Gurcustan Azərbaycan tranzit dəhlizində yeni yolun insasina baslanilir

Gürcüstanda Tbilisi-Saqareco avtomobil yolunun tikintisinə başlanılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Avtomobil Yolları Departamentindən bildirilib.

Layihə çərçivəsində trassanın iki hissəsinin inşasına dair saziş imzalanıb.

Tbilisi-Saqareco yolu Azərbaycanın şimal-qərb regionuna aparan tranzit dəhlizin bir hissəsidir. Yolun tikintisi başa çatdırlandan sonra nəqliyyat axınlarının intensivliyi əhəmiyyətli dərəcədə artacaq.

Departamentdən qeyd olunub ki, yeni yolun inşası hərəkətin təhlükəsizliyini artıracaq və yola sərf olunan vaxtı qısaldacaq. Layihə Kaxeti bölgəsinin kənd təsərrüfatı və turizm sahələrinin inkişafına dəstək verəcək və Gürcüstan üzərindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini yüksəldəcək.

Tbilisi-Saqareco hissəsində dörd zolaqlı 31,5 kilometr uzunluqda asflat-beton örtüklü yol çəkiləcək. Layihə dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Yolların layihələndirilməsini Avstriya və ABŞ şirkətləri Dünya Bankının dəstəyi ilə həyata keçirib.

Tikinti işlərini tenderdə qalib gəlmiş şirkətlər aparacaq. Yeni yolun 2-2,5 ildən sonra istifadəyə verilməsi nəzərdə tutulub.





Mənbə: https://report.az/infrastruktur/gurcustan-azerbaycan-tranzit-dehlizinde-yeni-yolun-insasina-baslanilir/

Comments are closed, but trackbacks and pingbacks are open.