Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb

Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb



Gurcustan Azərbaycandan cay tədarukunu azaldib

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,3 milyon ABŞ dolları dəyərində 375,4 ton çay idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmində 7,4 ton və yaxud 1,9% azalma qeydə alınıb.

İlin I yarısında Azərbaycan qonşu ölkədən 1 milyon ABŞ dolları dəyərində 148 ton çay tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,4% çoxdur.





Mənbə: https://report.az/biznes-xeberleri/gurcustan-azerbaycandan-cay-tedarukunu-azaldib/

Comments are closed, but trackbacks and pingbacks are open.