Gürcüstan DİN başçısı: “Batumidə dağıntılar altında 15-ə yaxın insan var”

Gürcüstan DİN başçısı: “Batumidə dağıntılar altında 15-ə yaxın insan var”



Gurcustan DIN bascisi Batumidə dagintilar altinda 15 ə yaxin insan var

“Batumidə bir hissəsi çökmüş binanın dağıntıları altında 10-15 nəfər insan var”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.

Hadisə yerində olan nazirin sözlərinə görə, onların ikisi xilasediciləri köməyə çağırır.

V.Qomelauri qeyd edib ki, hadisənin dəqiq səbəbi bilinməsə də, ilkin səbəb kimi binanın birinci mərtəbəsində aparılan təmir işləri göstərilir. O, hadisənin qaz sızması nəticəsində baş verməsini istisna edib.

Nazir deyib ki, xilasetmə işlərinə 200-ə yaxın xilasedici və xüsusi texnika səfərbər olunub.





Mənbə: https://report.az/region-xeberleri/gurcustan-din-bascisi-batumide-dagintilar-altinda-15-e-yaxin-insan-var/

Comments are closed, but trackbacks and pingbacks are open.