Gürcüstan vətəndaşı Polşa-Belarus sərhədində saxlanılıb

Gürcüstan vətəndaşı Polşa-Belarus sərhədində saxlanılıb



Gurcustan vətəndasi Polsa Belarus sərhədində

Gürcüstan vətəndaşı Polşa-Belarus sərhədinin miqrantlar tərəfindən qanunsuz keçilməsinə göstərdiyi köməyə görə saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 21-də sərhədi qanunsuz keçməklə bağlı 346 cəhd qeydə alınıb və ikisi Suriya, biri Gürcüstan vətəndaşı olmaqla üç nəfər saxlanılıb.

Qeyd edək ki, Polşa-Belarus sərhədində miqrantlarla bağlı vəziyyət gərgin olaraq qalır. Polşa sərhəddə nəzarəti gücləndirib və əraziyə hərbi qüvvələr səfərbər edib.





Mənbə: https://report.az/diger-olkeler/gurcustan-vetendasi-polsa-belarus-serhedinde-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.