Gürcüstanda 18 yaşdan yuxarı şəxslər üçüncü doza vaksin vurdura biləcəklər

Ekspert: "Anticisimlərin səviyyəsindən asılı olmayaraq, koronavirusa qarşı vaksinasiya aparıla bilər"



Ekspert Anticisimlərin səviyyəsindən asili olmayaraq koronavirusa qarsi vaksinasiya aparila bilər

Gürcüstanda sabahdan etibarən yaşı 18-dən yuxarı olan istənilən şəxs koronavirus əleyhinə üçüncü dozanı qəbul edə biləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, “buster” dozadan istənilən vaksini vurdurmuş şəxslər istifadə edə biləcəklər.

Qeyd edək ki, Gürcüstanda gücləndirici vaksin dozasının tətbiqi bu ilin oktyabrın 7-də təsdiqlənib. Qüvvədə olan qərara əsasən, üçüncü doza yaşı 50-dən yuxarı olan, yüksək riskli peşələrdə çalışan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün nəzərdə tutulub.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-18-yasdan-yuxari-sexsler-ucuncu-doza-vaksin-vurdura-bilecekler/

Comments are closed, but trackbacks and pingbacks are open.