Gürcüstanda daha 5 352 nəfərdə koronavirus aşkarlanıb, 48 nəfər ölüb

Gürcüstanda daha 5 352 nəfərdə koronavirus aşkarlanıb, 48 nəfər ölüb



Gurcustanda daha 5 352 nəfərdə koronavirus askarlanib 48 nəfər olub

Gürcüstanda son sutka ərzində daha 5 352 nəfərə koronavirus diaqnozu qoyulub, 2 635 nəfər müalicə olunaraq sağalıb, 48 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 461 198 yoluxma faktı təsdiqlənib. Yoluxanların 409 110-u sağalıb, 6 230-u ölüb.

Aktiv xəstə sayı 45 832 nəfərdir.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-daha-5-352-neferde-koronavirus-askarlanib-48-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.