Gürcüstanda karantin müddəti qısaldılıb | Report.az

Gürcüstanda karantin müddəti qısaldılıb | Report.az



Gurcustanda karantin muddəti qisaldilib Reportaz

Gürcüstanda koronavirusun yayılmasına görə tətbiq olunan təcrid və karantin müddəti qısaldılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.

Yanvarın 17-dən qüvvəyə minəcək qərara əsasən, xəstəliyi simptomsuz keçirənlər üçün təcrid müddəti 8 gün, orta və ağır simptomların olduğu halda isə 10 gün müəyyən olunub. Karantin və təcrid müddəti başa çatandan sonra 5 gün ərzində qoruyucu maskadan istifadə israrla tövsiyə olunub.

Təcrid və karantin müddətinin qısaldılması həm koronavirus xəstələri, həm də onlarla təmasda olanlara aid ediləcək.

Qeyd edək ki, hazırda Gürcüstanda təcrid və karantin müddəti 12 gün davam edir.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-karantin-muddeti-qisaldilib/

Comments are closed, but trackbacks and pingbacks are open.