Gürcüstanda koronavirusa yoluxan əkizlər ölüb | Report.az

Dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb



Dunyada koronavirusa yoluxanlarin sayi 200 milyon nəfəri otub

Gürcüstanın Kutaisi şəhərində koronavirus diaqnozlu əkiz uşaqlar vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, onlar bir aya yaxındır özəl klinikanın intensiv terapiya şöbəsində müalicə olunurdular.

Körpələr avqustun 20-də 28 həftədə qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər.

Qeyd edək ki, uşaqların anası 47 yaşlı qadın sentyabrın 1-də COVID-19-dan ölüb. O, 10 il ərzində ana olmağa çalışırdı.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-koronavirusa-yoluxan-ekizler-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.