Gündəm

Gürcüstanda koronavirusa yoluxanların sayı 509 nəfər artıb

Gürcüstanda ötən sutkada koronavirusa 509 yeni yoluxma halı təsdiqlənib, 12 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19 infeksiyasına yoluxanların sayı 312 954-ə, ölənlərin sayı isə 4 163-ə çatıb.

Son 24 saat ərzində daha 1 200 nəfər sağalaraq evə buraxılıb və sağalanların ümumi sayı 294 252 olub.




Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-509-nefer-artib/

Related Articles

Back to top button