Gürcüstanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Gürcüstanda son sutkada koronavirusa 695 yeni yoluxma halı təsdiqlənib, 16 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 352 649-a, ölənlərin sayı isə 5 012-yə çatıb.

Ötən 24 saat ərzində 797, ümumilikdə isə 337 820 nəfər müalicə olunaraq sağalıb.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-koronavirusdan-olenlerin-sayi-5-mini-otub/

Comments are closed, but trackbacks and pingbacks are open.