Gürcüstanda “qanuni oğru”lara qarşı əməliyyat keçirilib, 13 nəfər saxlanılıb

Gürcüstanda "qanuni oğru"lara qarşı əməliyyat keçirilib, 13 nəfər saxlanılıb



Gurcustanda qanuni ogrulara qarsi əməliyyat kecirilib 13 nəfər

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 13 şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin şəxslər Tbilisi, Telavi və Kutaisidə həyata keçirilmiş xüsusi əməliyyatlar zamanı yaxalanıblar.

Saxlanılan şəxslərdən 4 avtomobil və silah-sursat maddi sübut kimi müsadirə edilib. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Bununla yanaşı, xaricdə yaşayan “Qlexoviç” ləqəbli gürcü “qanuni oğru”ya qiyabi ittiham irəli sürülüb.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-qanuni-ogru-lara-qarsi-emeliyyat-kecirilib-13-nefer-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.