Gürcüstanda saxta aksiz markalar satan Ermənistan vətəndaşı saxlanılıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Gürcüstanda külli miqdarda saxta aksiz markalar satan Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Tbilisidə alkoqollu içkilərin etiketlənməsi üçün 3 051 ədəd saxta aksiz markasını 2 700 ABŞ dollarına satıb.

Faktla bağlı istintaq aparılır. Ermənistan vətəndaşını 4 ildən 6 ilədək həbs cəzası gözləyir.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-saxta-aksiz-markalar-satan-ermenistan-vetendasi-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.