Gürcüstanda yeni dərs ili distant formada başlayıb

Gürcüstanda yeni dərs ili distant formada başlayıb



Gurcustanda yeni dərs ili distant formada baslayib

Gürcüstanın orta və ali məktəblərində yeni 2021-2022-ci tədris ili koronavirus pandemiyası səbəbindən distant formada başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət və özəl təhsil müəssisələrində bu qaydada tədris oktyabrın 4-dək davam edəcək.

Ölkənin Təhsil və Elm Nazirliyinin qərarı ilə birinci sinfə qəbul olunan şagirdlər oktyabrın 4-dən tədrisə əyani qaydada başlayacaqlar. Bu qərar yalnız koronavirusa yoluxma göstəricisi 4 %-dən aşağı olan şəhər və kəndlərə şamil olunacaq.

Oktyabrın 4-dən sonra ölkə üzrə bütün təhsil ocaqlarında dərslərin siniflərdə keçirilməsinə qərarın veriləcəyi gözlənilir.

Uşaq bağçalarına gəlincə, onlar oktyabrın 4-dək fəaliyyət göstərməyəcək.





Mənbə: https://report.az/region-xeberleri/gurcustanda-yeni-ders-ili-distant-formada-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.