Gürcüstanın Baş naziri Azərbaycana gəlir

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Sabah Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Qeyd edək ki, sabahkı iclas komissiyanın sayca səkkizinci toplantısı olacaq. Hər iki ölkənin baş nazirlərinin həmsədri olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci ilin dekabrın 20-də Tbilisidə baş tutub.





Mənbə: https://report.az/xarici-siyaset/gurcustanin-bas-naziri-azerbaycana-gelir/

Comments are closed, but trackbacks and pingbacks are open.