Gürcüstanın DİN rəhbəri: “Batumidə dağıntılar altında 10-a yaxın insan qalıb”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Zənnimcə, Batumidə dağıntılar altında qalanların sayı 10-dan çox olmamalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, onların arasında iki-üç uşaq ola bilər.

V.Qomelaruri qeyd edib ki, xilasedicilərin meyit aşkarladığı güman edilir, lakin bununla bağlı məlumat hələ dəqiqləşdirilir.

O, axtarış-xilasetmə işlərinin bütün gecə və sabah da davam etdiriləcəyini bildirib.  





Mənbə: https://report.az/region-xeberleri/gurcustanin-din-rehberi-batumide-dagintilar-altinda-10-a-yaxin-insan-qalib/

Comments are closed, but trackbacks and pingbacks are open.