Həftəsonu toylara görə daha 43 nəfər cərimələnib

Ötən gün toylara görə daha 14 nəfər cərimələnib



Otən gun toylara gorə daha 14 nəfər cərimələnib

Noyabrın 20-21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 233 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, monitorinq 1 192 şadlıq sarayında, 41 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 43 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 76 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.





Mənbə: https://report.az/hadise/heftesonu-toylara-gore-daha-43-nefer-cerimelenib/

Comments are closed, but trackbacks and pingbacks are open.