HƏMAS İsrailə daha 100 raket atıb

HƏMAS İsrailə daha 100 raket atıb



HƏMAS Israilə daha 100 raket atib

HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı İsrailin Hərbi Hava Qüvvələrinin zərbələrinin yenidən başlanmasına cavab olaraq bu ölkənin cənubundakı Beer-Şev şəhərinə tərəf 100 raket buraxıb.

“Report” xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında bildirilir.

“İndi çoxmərtəbəli yaşayış binalarına düşmənin zərbələrinin yenidən başlanmasına cavab olaraq işğal altındakı Beer-Şevə tərəf 100 raket buraxılıb. Sonra daha genişmiqyaslı olacaq”, – bəyanatda qeyd edilir.

İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların əhəmiyyətli hərbi obyektlərinə yenidən zərbələr endirməyə başlayıb.

“Al-Aksa” radiosu bildirib ki, Fələstinin təcili tibbi yardım maşınları İsrailin Hərbi Hava Qüvvələrinin aviazərbələri zamanı həlak olmuş üç nəfərin meyitini və dörd yaralını Təl-Hava rayonunun xəstəxanasına çatdırıb.

Daha əvvəl bildirilirdi ki, İsrail Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində 32 nəfər həlak olub. Onlardan 10-u uşaqlardır. Zərbələr nəticəsində daha 220 nəfər yaralanıb. İsrail tərəfdən 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.





Mənbə: https://report.az/diger-olkeler/hemas-israile-daha-100-raket-atib/

Comments are closed, but trackbacks and pingbacks are open.