Hacıqabulda “patı” satan şəxs saxlanılıb

Hacıqabulda "patı" satan şəxs saxlanılıb



Haciqabulda pati satan səxs

Hacıqabul rayonunda “patı” satan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.





Mənbə: https://report.az/hadise/haciqabulda-pati-satan-sexs-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.