Haiti polisi sabiq hakimi prezidentin qətli ilə bağlı axtarışa verdi

Haiti polisi sabiq hakimi prezidentin qətli ilə bağlı axtarışa verdi



Haiti polisi sabiq hakimi prezidentin qətli ilə bagli axtarisa verdi

Haiti polisi ölkənin prezidenti Jovenel Moizin qətlinin araşdırılması çərçivəsində keçmiş hakim Vindel Kok-Telot barəsində axtarış elan edib.

Bu barədə “Report” xarici mediaya istinadən xəbər verir. O, qətldə, sui-qəsddə və silahlı soyğunçuluqda ittiham olunur.

Asayiş keşikçiləri əhaliyə Kok-Telotun axtarışına kömək etmək xahişi ilə müraciət ediblər.

“O təhlükəli və silahlıdır”, – Haiti milli polisinin tvitterdəki xəbərində deyilir.

Ölkənin paytaxtı Port-o-Prensin prokuroru Klod Bed-Ford Kok-Telotu Haiti prezidentinin qətlində və silahlı soyğunçuluqda ittiham edərək, onun həbsinə order verib.

Cari ilin əvvəlində Haiti Prezidenti Jovenel Moiz sabiq prezidentə qarşı sui-qəsddə iştirakda şübhəli bilinən üç hakimi, o cümlədən Kok Telotu işdən kənarlaşdırıb. Belə olduqda hakimlər kollegiyası Moizin hərəkətlərini konstitusiyanın əleyhinə olduğunu hesab edib. Bundan sonra məhkəmələr bir neçə ay ərzində tətil edib.

Haiti Prezidenti Jovenel Moiz iyulun 7-də şəxsi iqamətgahında güllənərək öldürülüb.





Mənbə: https://report.az/diger-olkeler/haiti-polisi-sabiq-mehkeme-hakimini-prezidentin-qetli-ile-bagli-axtarisa-verdi/

Comments are closed, but trackbacks and pingbacks are open.