Haitinin baş naziri prezidentə sui-qəsddə ittiham olunur

Haitinin baş naziri prezidentə sui-qəsddə ittiham olunur



Haitinin bas naziri prezidentə sui qəsddə ittiham olunur

Haiti prokuroru baş nazir Ariel Henrini prezident Jovenel Moizin öldürülməsində ittiham edib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Açıqlanan ittiham faktlarına əsasən Henrinin Haitidən ayrılması qadağan olunub.

Baş nazir isə ona qarşı ittiham irəli sürən prokuroru vəzifəsindən azad edib.

Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-ə keçən gecə öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürülüb. Haiti hökuməti hadisə ilə əlaqədar ölkədə 15 günlük hərbi vəziyyət rejimi tətbiq edib və sərhədləri bağlayıb.

Daha əvvəl prezidentin öldürülməsini araşdıranların repressiya ilə təhdid edildiyi bildirilib.





Mənbə: https://report.az/diger-olkeler/haitinin-bas-naziri-prezidente-sui-qesdde-ittiham-olunur/

Comments are closed, but trackbacks and pingbacks are open.